İranın Əlborz və Türkiyənin İzmir vilayətlərinin ticarət əlaqələri inkişaf edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i278084-İranın_Əlborz_və_türkiyənin_İzmir_vilayətlərinin_ticarət_əlaqələri_inkişaf_edir
İranın Əlborz vialyətinin ticarət palatasının baş katibi deyib: Bu vilayət ilə Türkiyənin İzmir vilayətinin ticarət əməkdaşlıqlarının inkişaf zəmini İzmir valisi müavinin Əlborzun iqtisadi fəalları ilə iclasında yaranıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2017 13:45 Asia/Baku
  • İranın Əlborz və Türkiyənin İzmir vilayətlərinin ticarət əlaqələri inkişaf edir
    İranın Əlborz və Türkiyənin İzmir vilayətlərinin ticarət əlaqələri inkişaf edir

İranın Əlborz vialyətinin ticarət palatasının baş katibi deyib: Bu vilayət ilə Türkiyənin İzmir vilayətinin ticarət əməkdaşlıqlarının inkişaf zəmini İzmir valisi müavinin Əlborzun iqtisadi fəalları ilə iclasında yaranıb.

IRNA-nın məlumatına görə, İranın Əlborz vialyətinin ticarət palatasının baş katibi Məsud Qasemi bu gün Kərəcdə Türkiyənin İzmir valisinin müavini Uğur Kulsoz ilə iclasda iki vilayətin ticarət əlaqələrinin inkişaf etməsini rəğbətlə qarşılayaraq, əlavə edib ki, Əlborz və İzmir vilayətləri arasında birbaşa uçuşların bərqərarı üçün lazımi infrastrukturlar yaradılmalıdır.

Qasemi söyləyib: Əlborz və İzmir vilayətlərinin ticarət əlaqələri elə inkişaf etməlidir ki, İranın ixracat siyasətini izləmək mümkün olmuş olsun.

O, ixracatın inkişafını Əlborz vialyətinin ticarət palatasının mühüm hədəflərindən adlandırıb və belə deyib: Türkiyənin İzmir vilayəti ilə birgə sərginin yaradılacağı təqdirdə iki vilayətin ixracat və idxalat sahələrindəki həmkarlığında dəyişiklik yaranacaqdır.

Türkiyənin İzmir valisinin müavini Uğur Kulsoz da bu görüşdə ipək yolunun bərpasını İranın Əlborz vialyətinə səfərinin hədəflərindən adlandırıb və belə söyləyib: Əlborz ilə İzmir arasında birbaşa uçuşların bərqərarı və münasib hava körpüsünün yaradılması ilə hava ipək yolunun bərpasının və bu məntəqədə ticarət əlaqələrinin genişlənməsinin şahidi olacağıq.