İranlı cərrah Gövhərşad mükafatına layiq görülüb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i278306-İranlı_cərrah_gövhərşad_mükafatına_layiq_görülüb
İranlı qadin həkim Löbət Giranpayə xeyirxah təşəbbüslərinə görə Gövhərşad dünya mükafatına layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 15:45 Asia/Baku
  • İranlı cərrah Gövhərşad mükafatına layiq görülüb
    İranlı cərrah Gövhərşad mükafatına layiq görülüb

İranlı qadin həkim Löbət Giranpayə xeyirxah təşəbbüslərinə görə Gövhərşad dünya mükafatına layiq görülüb.

İRİB-in verdiyi məlumata görə, Löbət Giranpayə 2016-cı ilədək yoxsul bölgələrdə cəmi 54 min xəstəni pulsuz müayinə etdiyinə və 1500 pulsuz əməliyyat apardığına görə bu mükafatın qalibi olub. 

İranlı cərrah xanım 2007-ci ildə də İran Qadınları Sağlamlıq Mərkəzini təsis etmişdir və 2016-cı ilədək Tehranda və ölkənin digər vilayətlərində qadın xərçəngi üzrə 65 profilaktik mərkəz yaratmışdır. 

Ümumdünya Gövhərşad mükafatı üzrə 2-ci festival bu gün islam dünyasının yüzlərlə xeyirxah qadınlarının iştirakı ilə Məşhəddə Qüds zalında keçirilib.