Kirmanda ilk dəfə istiliyə davamlı izolyator istehsal olunub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i278432-kirmanda_ilk_dəfə_istiliyə_davamlı_izolyator_istehsal_olunub
İranın Kirman şəhərində yerli bir şirkət ilk dəfə olaraq istiliyə davamlı izolyator istehsal edib. Bu izolyator 750 dərəcə istiliyə davamlıdır və onun keçməsinə mane olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 13:28 Asia/Baku
  • Kirmanda ilk dəfə istiliyə davamlı izolyator istehsal olunub
    Kirmanda ilk dəfə istiliyə davamlı izolyator istehsal olunub

İranın Kirman şəhərində yerli bir şirkət ilk dəfə olaraq istiliyə davamlı izolyator istehsal edib. Bu izolyator 750 dərəcə istiliyə davamlıdır və onun keçməsinə mane olur.

Plasko qülləsi yandığı zaman onun çökməsinə səbəb olan amillərdən biri onun divarlarının izolyasiya olmaması və yanğının başqa mərtəbələrə sürətlə keçməsi idi. İzolyasiyalı olmaması səbəbi ilə yanan binaların sayı da az deyildir.

Kirmanın 1 nömrəli sənaye şəhərində bir istehsal zavodu ilk dəfə olaraq istiliyə davamlı izolyator istehsal edə bilmişdir. Halbuki indiyə qədər mövcud deyildi. Və Yol və Şəhərsalma Nazirliyinin Araşdırmalar Mərkəzinin laboratoriyası tərəfindən də təsdiqlənmişdir.

Zavodun məsullarından biri deyib: İstilik nəticəsində yanmamaqla və özündən heç bir zəhərli qaz buraxmamaqla yanaşı, müəyyən qədər istiliyə davamlı olaraq da istifadə oluna bilər.

Dünyada üç növ istiliyə davamlı izolyator vardır. hamısı divarın profilində yerləşirlər və ömürləri də bir neçə ildən çox deyildir. Amma bu növ izolyator fərqlidir.

Zavodun işçilərindən biri deyib: Çəkisi sementin altıda biridir, ondan son qat olaraq istifadə etmək olar və heç bir başqa vasitəyə ehtiyac yoxdur. Eyni zamanda onun ömrü binanın ömrü ilə bərabərdir.

Hər il binaların divarlarının izolyasiyalı olmamasına görə, çoxlu miqdarda vəsait onların istilənməsi və ya sərinləşməsi üçün xərclənir. Amma çox az xərclə ona mane olmaq olar.

Zavod işçisi deyib: Gündəlik bir iş növbəsində 30-35 ton istiliyə davamlı izolyator istehsal edirik. Amma üç iş növbəsində bu həcm 150 tona çatır.

Başqa bir işçi deyib: Bu məhsulun xammalını ölkə daxilində təmin edirik.

 

Zavod rəsmisinin sözlərinə görə, istiliyə davamlı izolyatorla hazırlanan vasitə 750 dərəcəlik istiliyə asanlıqla dayandı və həmin vasitənin arxa tərəfinin istiliyi 40 dərəcəni keçmədi.

Hal-hazırda qərara alınıb ki, üç və çox mərtəbəli binaların hamısı istiliyə davamlı izolyatorla təchiz olunmalıdır.

İstiliyə davamlı izolyatorlardan istifadə etməklə enerji istehlakı 10%-ə qədər azalacaq. Bu isə elektrik və yanacağın istehlakının azalması deməkdir. Beləliklə, bütün binalar bu məhsulla təchiz olunarsa, artıq çoxlu qənaət etmək mümkün olacaqdır.