İranlı rejissorun filmi Fransa tələbə filmi festivalında
-
İranlı rejissorun filmi Fransa tələbə filmi festivalında
İranın Xorasan Rəzəvi vilayətində yerləşən Qonabad şəhrestanının "Gəncər Kinosu Cəmiyyəti"nin sənətçilərindən olan rejissor Behzad Bəradəranın çəkdiyi "Taym" filmi Fransa tələbə filmi festivalının müsabiqə bölməsinə vəsiqə qazanıb.
IRNA-nın məlumatına görə, Qonabad şəhrestanının İslam Mədəniyyəti və İrşadı İdarəsinin müdiri Həmidreza Məhdəvi Moqəddəm bu xəbəri təsdiqləyərək, əlavə edib: Behzad Bəradəran həmçinin dünyanın on seçilmiş kinematoqrafından biri kimi İtaliyanın "CICI" festivalında iştiraka dəvət edilib.
İtaliyanın "CICI" festivalı sentyabrın 23-dən 30-dək keçiriləcək.
Məhdəvi Moqəddəm sonra belə qeyd edib: Cari ilin əvvəlindən bəri Qonabad "Gəncər Kinosu Cəmiyyəti" üzvlərinin istehsal etdikləri üç sənət əsəri milli və beynəlxalq festivallara vəsiqə qazanıbdır.
O, həmçinin deyib: Rejissor Əli Əkbər Esmailinin çəkdiyi "X məntəqəsi" filmi digər dünya ölkələrindən olan iyirmi film ilə yanaşı, bir ay bundan öncə Beynəlxalq Kolumbiya Festivalında qəbul olunubdur.