Avq 05, 2017 20:57 Asia/Baku
  • Elmi əsaslı şirkətlər İran iqtisadiyyatının döyünən ürəyidirlər
    Elmi əsaslı şirkətlər İran iqtisadiyyatının döyünən ürəyidirlər

Modern sənayedə ən qabaqcıl daxili istehsalçı şirkətlərin iştirakı ilə keçirilən İranın elmi əsaslı şirkətlərinin elektrik, elektronika və informasiya texnologiyaları üzrə ilk ixtisaslaşdırılmış sərgisi onların bacarıqlarını nümayiş etdirir.

Ölkədə hazırkı iqtisadi müqavimət iqtisadiyyatı atmosferində elmi əsaslı şirkətlər İran iqtisadiyyatının döyünən ürəyidirlər.

Hazırkı şəraitdə daha tələbələri bir texnik kimi xaricə göndərərək, bəlkə onların düşüncə qüvvəsi və qabiliyyətindən elmi əsaslı şirkət formasında istifadə edilməsi fikri mümkün deyildir. Hazırkı şəraitdə təkcə elmi əsaslı şirkətlər iş yerləri yaratmaqla ölkədə sərvətin istehsalına yardım edə bilərlər.

İlk dəfədir ki, Tehranda İranın elmi əsaslı şirkətlərinin elektrik, elektronika və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış sərgisi keçirilir və modern sənayedəki ən qabaqcıl daxili istehsalçı şirkətləri bacarıqlarını nümayiş etdirirrlər.

Ölkənin 300 ən qabaqcıl elmi əsaslı şirkətinin iştirakına əsasən, bu sərgi elektrik, elektronika, informasiya texnologiyaları və tibb ləvazimatı sahəsində ölkədə ən böyük texnoloji hadisədir.

Mohəmməd Sadeqi-sərginin katibi: Bu sərgi modern texnologiyalar sahəsində ölkənin ən yaxşı şirkətlərini bir araya gətiribdir və hazırda İran prezidentinin andiçmə mərasimində iştirak üçün İrana gəlmiş xarici heyətlər bu sərgiyə də baş çəkirlər. Bütün dünya İranın elmi və inkişafından agah olur. Bu şirkətlər ixracat qabiliyyətinə malikdirlər və nəticədə ölkə üçün valyuta gətirirlər.

Elmi əsaslı şirkətin iki özəlliyi var. Birincisi, özü istehsalçıdır, ikincisi isə, modern texnologiyaya malikdir.

Mohsen Səfayifər-şirkət müdiri: Bizim elmi əsaslı şirkətimiz kompüter proqramı istehsalı üzrə 28 illik keçmişə malikdir. Bu şirkət istehsal, təlim və himayə sahəsində Ali İnformatika Şurasında birinci yerə malikdir.

Hamid Tacəddin-şirkət müdiri: Bazarda iki məhsula malikik. Onların biri, tənzimlənən açardır ki, mənzil xidmətləri üçün elektron sistem sayılır. İkincisi isə, yük daşınması üçün elektron sistemdir. Biz ənənəvi sistemi və höcətləşməni aradan götürmüşük və kompüter proqramı vasitəsilə təyin edirik. Ölkə boyu yük daşınması vahid bir qiymət və vasitə ilə həyata keçirilir.

Yəzdani-şirkət müdiri: Elektrik və elektronika sahəsində otuz illik fəaliyyətə malikik. Bizim şirkətin elmi əsaslı məhsulları meqadrayv-dır və 15 meqavatlıq gücü dəstəkləyir.

Teqlər