Avq 06, 2017 09:06 Asia/Baku
  • İranlı güləşçilər 2 qızıl medal qazanıblar
    İranlı güləşçilər 2 qızıl medal qazanıblar

Finlandiyada Yunan-Roma güləşi üzrə gənclərin dünya çempion yarışlarında 50-60 kq çəki dərəcələrində iranlı güləşçilər final mərhələsində rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

İRNA-nın verdiyi məlumata görə, 4 əsas çəki üzrə yarışlar dünən Finlandiyanın Tapmre şəhərində start götürüb. 50 və 60 kq çəki dərəcələrində İrandan Puya Darmərz və Kəramət Əbduli Amerika və Ukraynadan olan rəqibləri üzərində qələbə çalaraq bu çəki dərəcələrinin qızıl medalını qazanıblar. 

İranın Yunan-Roma güləşi üzrə gənclər yığma komandası bu iki çəki dərəcəsinin final mərhələsinə taçanadək Çin, Azərbaycan Respublikası, Özbəkistan, Almaniya, Hindistan və Misirdən olan rəqiblərini də məğlub etmişdilər. 

Bu yarışların 74-96 kq çəki dərəcələrində Məhəmməd Şərəbi Niyazi və Əmir Məhəmməd Novruzi rəqiblərinə məğlub olaraq rəqabətlərdən çıxarılıblar. 

2-ci dörd çəki dərəcəsi üzrə yarışlar bu gün keçiriləcək. 

Teqlər