Qadınlar üzrə XIV Qolf Çempionatı başlandı
-
Qadınlar üzrə XIV Qolf Çempionatı başlandı
Qolf idmanı dünyanın ən çox sevilən idman növlərindən sayılır. Bu idman növü sadəliyi ilə yanaşı ən çətin idmanlardan biridir. Qolfda düşüncə ilə fiziki hazırlıq tələb olunan əsaslardır.
Qolf idmanının vətəni Şotlandiyadır. 18 quyucuq 40 min kubmetr ərazidə yerləşir. Qolf idman növü əsasən açıq, ağaclar və otlaq ərazidə təşkil olunur. Bunun özü insanın daxili sakitliyi və dincliyinə şərait yaradır. Qolf idmanında hakim idmançıya nəzarət etmir. Oyunun ədaləti isə idmançılar öz üzərinədir.
Bu idman növündə artıq İran qadınlarının da deməyə sözü vardır və beynəlxalq turnirlərə ezam olunurlar.
Qadınların XIV Qolf üzrə İran Çempionatı Tehranda start götürdü.
İranın Qolf Federasiyasının prezidenti Keykavus Səidi bu idman növünün İranda keçid dövründə olduğunu dedi: Bu idman çempionluq sahəsində formalaşıb və artıq əyləncə aspektindən çıxmışdır. Əksər vilayətlərdə demək olar ki, pulsuz şəkildə təlim keçilir.
Qolf Federasiyasının katibi Firudin Yusifşahi deyib: 18 vilayətdən 100 qadın idmançı çempionata qatılıb. Çempionatda idmançılar və vilayətlərdən qatılan idmançıların sayının artmasının şahidiyik.
Qolf Federasiyasının qadınlar üzrə vitse-prezidenti Nəfisə Əli Qazi isə bildirib ki, ictimaiyyətin müxtəlif sektorları, o cümlədən ictimai, hüquqi, tibbi, idman və siyasi səhnələrində qadınların iştirakı artmaqdadır. Bu isə uğurlu və ədalətli ictimaiyyətin nişanəsidir. Çünki qadınların kişilərlə birlikdə ictimaiyyətdə iştirak etməsi onlarda özünə inamı yüksəldəcəkdir. Qolfun olimpiya idmanı olaraq qeydə alınmasından sonra bu idman növünə xüsusi diqqət yetiririk.
Çempionatın iştirakçısı olan idmançı isə deyib: Mən Lorestan vilayətindən gəlmişəm. Təxminən 10 ildir bu idmanla məşğul oluram. O vaxtlar qadınlar arasında əsasən də vilayətlərdə bu idmana maraq göstərilmidi. Hazırda isə inkişaf diqqəti cəlb edir, qadınlar hətta xarici turnirlərə ezam olunurlar.
Başqa bir idmançı isə deyib: Mən Xuzistan vilayətindən gəlmişəm. 15 ildir bu idmanla məşğul oluram. Təkcə bunu deyə bilərəm ki, qadınlarla kişilər bərabərdir. İctimaiyyətdə daha aktiv iştirak etdikləri halda, ailədə və cəmiyyətdə düzgün davranış qaydalarını örnək götürəcəklər.
Çempionatın başqa bir iştirakçısı deyib: Mən Gülüstan vilayətindən gəlmişəm. Bu idman növündə 9 ildir fəaliyyət göstərirəm. Maraqlandığım ilk vaxtlarda sadəcə əyləncə xarakteri daşıyırdı. Amma sonralar peşəkar şəkildə davam etdirmək potensialının olduğunu gördüm. Həm də bu idmanı çox sevirdim. Ölkədə bu sayda qolf üzrə qadın idmançıları görməklə fəxr edirəm.