İranlı ixtiraçı travmanı müəyyənləşdirən avadanlığı ixtira edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i280346-İranlı_ixtiraçı_travmanı_müəyyənləşdirən_avadanlığı_ixtira_edib
Əsəb və onurğa sisteminin problemlərini müəyyənləşdirən avadanlıq İranda ixtira olunmuşdur. Bu avadanlığın xarici nümunəsi sadəcə onurğa sistemindəki nöqsanları müəyyənləşdirə bilər. Halbuki İranda ixtira olunan avadanlıq beyin, əsəb və onurğa sistemindəki nöqsanları müəyyənlşdirə bilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2017 15:43 Asia/Baku
  • İranlı ixtiraçı travmanı müəyyənləşdirən avadanlığı ixtira edib
    İranlı ixtiraçı travmanı müəyyənləşdirən avadanlığı ixtira edib

Əsəb və onurğa sisteminin problemlərini müəyyənləşdirən avadanlıq İranda ixtira olunmuşdur. Bu avadanlığın xarici nümunəsi sadəcə onurğa sistemindəki nöqsanları müəyyənləşdirə bilər. Halbuki İranda ixtira olunan avadanlıq beyin, əsəb və onurğa sistemindəki nöqsanları müəyyənlşdirə bilir.

İranlı ixtiraçı Meysəm Qurbani deyib: Travma yəni zərbə. Bizi əsəb travması haqda danışırıqsa, yəni əsəb zərbəsi.

Həmin travma ilə bağlı İran dünya səviyyəsində ikinci yerdə, Gilan vilayəti isə üçüncü yerdə durur. Bu məsələ Təbriz Universitetinin Əsəs sistemləri və ya nevro-potoloji elmlər üzrə tələbə Meysəm Qurbaninin bir ixtirasına səbəb olub.

İxtiraçının sözlərinə görə, bu avadanlıq əsəb və sinir sistemindəki nöqsanların laboratoriya şəraitində canlandırılması və araşdırılması üçün istifadə olunur. Bu avadanlıq bu həssas sahədə araşdırmalar üçün ilkin addımlara şərait yaradır.

Bu avadanlığın istehsalı bundan öncəyə qədər sadəcə ABŞ-ın inhisarında idi.

Qurbani deyib: Hal-hazırda texniki biliyinə İranda şərait yaradılıb. ABŞ-dan sonra İran bu avadanlığı istehsal edən ölkədir.

Bu bacarıqlı tələbə müəllimi doktor Şəhabinin köməyi ilə 35 ay ərzində bu avadanlığı düzəltmişdir. Bu ixtira indiyə qədər çoxlu mükafatlar almışdır.

İxtiraçı sonda deyib: Türkiyədə Vaypo dünya ixtiralar festivalında tibb sektorunda ilk yeri qazandıq. İxtiralar Dünya Kubokunda qızıl medal qazandıq. Bundan əlavə, ixtiranın dəyərli olduğuna görə, beynəlxalq fəxri diploma layiq görüldük. Həmçinin ixtiralar üzrə sertifikata da layiq görüldük.