Almaniya festivalında iranlı alim birinciliyi qazanıb
-
Almaniya festivalında iranlı alim birinciliyi qazanıb
İranlı gənc tədqiqatçı Aydın Nüsrəti Ələmdari Almaniyada yeni layihələr üzrə elmi festivalın birinciliyini qazanıb.
İRNA-nın verdiyi məlumata görə, 18 ölkənin gənc tələbələrinin iştirakı ilə keçirilən bu festivalda Aydın Nüsrəti Ələmdari özünün " Yaşıl memarlıqda nano örtüklər və onun istifadəsi" adlı layihəsi ilə birinci yerdə durub.
Almaniyada yeni layihələr elmi festivalı TUV-DİN standart təşkilatı və bu ölkənin mötəbər universitetlərinin nəzarəti altında kənd təsərrüfatı, nanotexnologiya və tobotik sahələrdə keçirilir. Bu elmi tədbirdə iştirakçıların çoxunu müxtəlif ölkələrin gəncləri və universitet tələbələri təşkil edir.
Aydın Nüsrəti Ələmdari öz layihəsi barədə deyir: Nano örtüklər və onlardan yaşıl memarlıqda istifadə binalarda örtük özəlliyinə malikdir və binalarda enerji istehlakına böyük miqdarda qənaətə səbəb olur.
Aydın Nüsrəti Ələmdari İranın Şiraz universitetinin memarlıq fakültəsinin məzunudur.