Avq 23, 2017 08:54 Asia/Baku
  • Məlik Milli Muzeyi; İranın ilk özəl muzeyi
    Məlik Milli Muzeyi; İranın ilk özəl muzeyi

Tarix, təkcə muzeylərdə deyil, muzeylərdə də həmişə yaşayır. Tarix boyu kitabları vərəqləmək və muzeylərə baxmaq İranın əsil sivilizasiya və zəngin mədəniyyətə sahib olduğunu sübuta yetirir.

Bu gün Məlik muzeyini seçmişəm. Məlik Milli Kitabxanası və muzeyi İranın ilk özəl muzeyi və xətt nüsxələrində ölkənin ən böyük 6 kitabxanasından biridir. Bu muzey 79 il öncə iranlı mədəniyyətsevər insan Hacı Hüseyn Ağa Məlik tərəfindən Qüds Rəzəviyə vəqf olunmuşdur.

Hacı Hüseyn Ağa Məlik kimi tanınan Hüseyn Məlik İranın müasir tarixində ən böyük vəqf sahiblərindən və Məlik muzeyi və kitabxanasının təsisçisidir. Məlik 1964-cü ildə öz zəngin kitabxanasının kənarında dəyərli incəsənət və tarixi əşyaları olan bir muzeyi yaratmaq fikrinə düşür. Özünün dediyinə görə, kitaxanaçılıq üzrə xarici araşdırmaçılar İran mədəniyyəti və sivilizasiyasının təzahürlərini asanlıqla yaxından müşahidə edə bilsinlər.

Muzeyin ictimai əlaqələr şöbəsinin direktoru Yəsavuli deyib: Məlik Kitabxanası İran, bəlkə də dünyanın ən etibarlı kitabxanaları sırasındadır və ölkənin müxtəlif bölgələrindən çoxlu sayda araşdırmaçı, hətta xarici ölkələrdən araşdırmaçılar buradakı mövcud özünəməxsus xətt nüsxələrindən istifadə etmək üçün kitabxanaya müraciət edirlər. Bu mədəni mərkəzin ümumilikdə 8 mərtəbəsi vardır. Kitabxananın xətt kitabları xəzinəsi, bir sıra çap növləri, latınca kitablar və mətbuat. Məlik Kitabxanası və muzeyi sikkə, incəsənət əsərləri, xalça, marka, rəssamlıq, xəttatlıq nümunələri kimi əsərlərlə zəngindir. Mədəniyyət sevərlər və incəsənətlə maraqlananlar kitabxana və muzeylə yaxından tanış ola bilərlər.

Teqlər