25 ölkənin alimi layihəsini 31-ci Beynəlxalq Xarəzmi Festivalına göndərib
Avq 24, 2017 16:24 Asia/Baku
-
25 ölkənin alimi layihəsini 31-ci Beynəlxalq Xarəzmi Festivalına göndərib
İndiyə qədər 25 ölkənin tanınmış alimi öz layihələrini 31-ci Beynəlxalq Xarəzmi Festivalına göndərib.
İRİB-in məlumatına görə, 31-ci Beynəlxalq Xarəzmi Festivalının katibliyi 18 ixtisaslı qrupda yerli və xarici layihələrin qəbulu və dəyərləndirilməsinə başlayıb. Dünya alimləri müxtəlif sahələrdə, o cümlədən elektrik və kompüter, mexanika, əsaslı elmlər, nano-texnologiya, metallurgiya, bərpa oluna bilən enerjilər, incəsənət, memarlıq, şəhərsalma, aeronavtika, tibb elmləri sahələrində, eləcə də ötən festivallarda ticariləşməsi və milli istehsal adını qazanmasına layiq görülən layihələri 31-ci Beynəlxalq Xarəzmi Festivalının katibliyinə göndəriblər.
İndiyə qədər 15 beynəlxalq elmi dairə bu festivalı dəstəkləyib.