İranlı idmançıların Universiada-2017-nin 6-cı günündəki uğurları
-
İranlı idmançıların Universiada-2017-nin 6-cı günündəki uğurları
İranın tələbə idman karvanı Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunlarının 6-cı günündə taekvando yarışlarında uğurla çıxış edərək, iki qızıl və bir bürünc medal qazanıb.
29-cu Dünya Tələbə Oyunlarının 6-cı günü bu gün cərəyan edib və İran idmançıları taekvando, qılıncoynatma, ağırlıqqaldırma və voleybol yarışlarında çıxış ediblər.
6-cı gündə əldə olunmuş üç medalla İranın tələbə idman karvanının medallarının sayı 16-ya çatıb və beləliklə, İran komandası medallar cədvəlində 9-cu pilləyə yüksəlibdir.
İranın tələbə idman karvanı indiyədək taekvando üzrə 4 qızıl, eləcə də taekvando, kişilərin kampond və qılıncoynatma yarışlarında 3 gümüş və pumse, qılıncoynatma, taekvando və ağırlıqqaldırma yarışlarında isə 9 bürünc medal əldə edibdir.