Avq 25, 2017 20:57 Asia/Baku
  • Yəzddə daşdan kağız istehsalı
    Yəzddə daşdan kağız istehsalı

Ağacları kəsmədən və ətraf mühitə zərbə vurmadan kağız istehsal etmək mümkündürmü? Bəli. Yəzddə bir zavod daşdan istifadə edərək ildə beş min ton kağız istehsal edir.

Hamımız kağızın ağacdan istehsal olunduğunu bilirik. Kağızın istehsal edilməsi üçün ağaclar kəsilir.

Amma Yəzddə bir sənaye obyekti fəaliyyət göstərir. Bu obyektdə daşdan kağız istehsal olunur.

Zavod işçilərindən biri deyib: Dünyada daşdan kağız istehsal edən bir neçə zavoddan biridir. Biz fəxr edirik ki, dünyada dördüncü ölkə olaraq bu sənayedən faydalanırıq.İllik istehsalımız 5 min tondur. 80-400 mikron qalınlığında kağız istehsal edirik.

Başqa bir işçi deyib: Biz kağızı kalsium karbonatdan istehsal etməyə müvəffəq olmuşuq. Bu sənaye obyektində 3 iş növbəsində 40 nəfər işləyir.

Bu kağızlar xarici nümunələri ilə müqayisədə daha möhkəmdir.

Zavod mütəxəssisi deyib: Xarici nümunəsi yonulduqda rəngi çıxır. Bu da İran nümunəsidir. Öz zavodumuzun istehsalıdır. Sudan çıxardıqdan və yonduqdan sonra heç nə baş vermir. Ağacdan bir ton kağızı istehsal etmək üçün 20 ədəd ağac və 16 min qallon su istifadə olunmalıdır. Halbuki biz daşdan kağız istehsal etmək üçün nə ağacları kəsirik, nə də su istifadə edirik. Bizim bu zavodda işlətdiyimiz formul tamamilə yerlidir və formul öz mütəxəssislərimiz tərəfindən tətbiq olunub.

Əlbəttə bu sənaye obyektinin məşğuliyyət və istehsalda önəmli rola malik sənaye inkişafı layhəsi də vardır.