Təbiət körpüsü, İranda ilk sırf səki körpüsü
-
Təbiət körpüsü, İranda ilk sırf səki körpüsü
Əksərən son dərəcə gözəl və xas olmasına görə, bir şəhər simvoluna çevrilən ölkənin müxtəlif şəhərlərindəki gözəl və modern tikili və imkanlar İranın modern memarlığından xəbər verir.
Bizim əksər hissəmiz hər zaman Tehranın adını eşidərkən əksərən maşınların və ağır yol hərəkətlərinin səs-küyü zehnimizdə canlanır, amma bu böyük şəhərin bir belə hay-küyü arasında elə yerlər vardır ki, oralara getmək adamın vəziyyətini əməlli-başlı yaxşılaşdırır.
Bu arada bəlkə də az sayda insan fikirləşərdi ki, bir gün bir körpünün üzərinə getməyin özü əyləncə hesab olunacaq, lakin biz iranlılar üçün ümumiyyətlə işin mümkünsüzlüyündən söz belə gedə bilməz və cənab və xanım mühəndislərin ciddi-cəhdləri ilə son zamanlar ölkənin ən böyük qeyri-avtomobil körpüsü açıldı. Və onun adı, Təbiət Körpüsü-dür və Taleqani bağını su və od bağına calayır.
Hekayət haradan başlanır?
Günən təqvimi ilə 1388-ci ilin əvvəlləri idi ki, Tehran meriyası bir tikili konstruksiyası müsabiqəsi təşkil etdi. Nəhayət, xanım Leyla İraqiyanın layihəsi seçilmiş layihə oldu və Təbiət Körpüsünün inşa layihəsi başlandı.
Ölkədəki gənc istedadlardan biri olan bu gənc memar mühəndis- 31 yaşlı Leyla İraqiyanın adı Təbiət Körpüsünün inşası ilə nəinki İranda, həm də dünyada tanındı.
Təbiət Körpüsü üç mərtəbədən ibarətdir və onda beynəlxalq modern memarlıq ilə ənənəvi İran memarlığı birləşibdir.
Digər bir cəhət bundan ibarətdir ki, bu körpü, qərargahı Nyu-Yorkda yerləşən və 2015-ci ildə keçirilmiş “Arşitizer-Avarad” memarlıq mükafatı üzrə mötəbər memarlıq müsabiqəsində dünyanın 300 görkəmli memarının beş üstün seçimindən biri kimi seçildi.
Leyla İraqiyan deyir: Bu körpünün layihəsi hələ kağız üzərində olan zaman bir gün icra olunacağını fikirləşmirdim. İnsanların ondan ləzzət aldıqlarını görmək adama yaxşı bir təssürat bağışlayır.
Bu məsələ gələcəkdə daha çox layihə işləmək üçün mənə daha artıq özünəinam hissi aşılayır, amma bəzən mənə elə gəlir ki, bu cür layihə və fürsətlər bəlkə də insan həyatında təkcə bir dəfə yaranır.