Elmi sürətdə İran birinci yeri tutub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i281084-elmi_sürətdə_İran_birinci_yeri_tutub
İranın elm, tədqiqat və texnologiya nazirinin müavini deyib: Scopous portalının hesabatına görə, İran dünya üzrə elmi sürət baxımından birinci yerdə durur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 12:12 Asia/Baku
  • Elmi sürətdə İran birinci yeri tutub
    Elmi sürətdə İran birinci yeri tutub

İranın elm, tədqiqat və texnologiya nazirinin müavini deyib: Scopous portalının hesabatına görə, İran dünya üzrə elmi sürət baxımından birinci yerdə durur.

Vəhid Əhmədi dünən gecə İranın cənubunda yerləşən Hormozqanda deyib: Scopous portalının hesabatına görə, dünyanın birinci yerdə duran 25 ölkəsi arasında elmi məqalələrin istehsalının inkişafı əsasında İranın elmi sürəti 2012-ci ildəki 10-cu yerdən 2016-cı ildə birinci yerə qalxıb.

Əhmədi deyib: Dünyada elm istehsalında həcm baxımından İranın payı 2012-ci ildəki 1.4 faizdən 2016-ci ildə 2.4 faizə qalxıb. 

İranın elm, tədqiqat və texnologiya nazirinin müavini deyib:ISI portalının bildirdiyinə görə isə, son 5 ildə İran dünyanın elmi jurnallarında elmi məqalələrin istehsalı baxımından gözə çarpacaq inkişafın şahidi olub və İranın elmi məqalələrinin sayı 2012-ci il üçün 6500-dən 2016-ci ildə 8250-yə çatıb. 

Əhmədi İranın elm və nüvə fizikası texnologiiyasında dünya üzrə yerinin də artığını bildirərək deyib: Elm və nüvə fizikası texnologiyasında İranın yeri 2012-ci ildəki 17-ci yerdən 2015-ci ildə 14-cü yerə qalxıb və nanotexnologiya baxımından da 7-ci yerdən 5-ci yarə yüksəlib.