İranın futbol yığmasının 1063 dəqiqəlik ölməz rekordu
Futbol üzrə 2018-ci il dünya çempionatının rəsmi twitter hesabı bir müraciətdə İranın milli futbol komandasının bu çempionatın seçmə yarışlarındakı görüşlərinin nəticələrindən heyrətlənərək, yazıb: İranın milli futbol komandası dünya çempionatının seçmə yarışlarında 1063 dəqiqədir ki, qol buraxmayıbdır.
Bundan öncə Rusiya dünya çempionatının həlledici mərhələsinə vəsiqə qazanmış İranın milli futbol komandası dünən bu çempionatın seçmə yarışlarının doqquzuncu həftəsində Cənubi Koreya yığması ilə qarşılaşıbdır ki, bu görüş 0-0 hesabı ilə başa çatıbdır.
İranın milli futbol komandası 2018-ci il Rusiya dünya çempionatının seçmə yarışlarının 9 görüşündə 6 qələbə, 3 bərabərlik və 8 vurulmuş qol ilə 21 xal toplayaraq, öz qrupunda birincidir.
İranın milli futbol komandası 2018-ci il dünya çempionatının seçmə yarışlarının 9 görüşündə öz qapısını bağlı saxlayaraq, ölməz rekord vurubdur.
Futbol üzrə 2018-ci il dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.