İranlı yeniyetmələr üç medal qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i281444-İranlı_yeniyetmələr_üç_medal_qazandı
Yunan-Roma güləşi üzrə Dünya Çempionatının ilk üç çəkisində İranın yeniyetmələrdən ibarət yığma komandası bir qızıl, bir gümüş və bir bürünc medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2017 07:49 Asia/Baku
  • İranlı yeniyetmələr üç medal qazandı

Yunan-Roma güləşi üzrə Dünya Çempionatının ilk üç çəkisində İranın yeniyetmələrdən ibarət yığma komandası bir qızıl, bir gümüş və bir bürünc medal qazanıb.

İRNA-nın məlumatına görə, yeniyetmələrin yunan-roma güləşi üzrə Dünya Çempionatı bazar ertəsi günündən Yunanıstan paytaxtı Afinada başlayıb. 

İranlı güləşçi Möhsün Mədhəni 58 kq çəki dərəcəsində finalda hindistanlı rəqibini 14:3 hesabı ilə məğlub edib və qızıl medal qazanıb. 

63 kq çəki dərəcəsində Mustafa Kaydxorde finalda ukraynalı rəqibinə uduzaraq gümüş medala layiq görülüb. 

100 kq çəki dərəcəsində isə Muctaba Hüseyni Rusiya təmsilçisini 6:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. 

76 kq çəki dərəcəsində Mehran Səadətifər finala vəsiqə qazanıb, 85 kq çəki dərəcəsində də Məhəmməd Nüsrəti şanslarını qorumaqdadır. 

Yeniyetmələrin yunan-roma güləşi üzrə Dünya Çempionatı çərşənbə gecə sona çatacaq.