Günəşlə çalışan kombilər; İran məhsulu -REPORTAJ
-
Günəşlə çalışan kombilər; İran məhsulu -REPORTAJ
Bərpa oluna bilən və sərfəli enerji bir çox ölkəni ətraf mühitin qorunması üçün ondan istifadə etməyə təşviq edib. İranlı mühəndislər kombi texnologiyasını yerliləşdirərək bu məhsulun ixracatçısına çevriliblər.
Metal vərəqələr bir-birlərinə birləşdirilir ki, İran məhsulu sərhədlərdən kənarda parlasın.
İstehsal üzrə obyekt direktoru deyib: İranda ilk günəş və vakuumlu kombilərin istehsalçısıyıq.
Günəş kombilərin istehsalının yerliləşdirilməsi bu sənaye obyektinin uğurlarındandır.
İstehsal ürə obeykt direktoru deyib: Bu məhsul nümunəsi ABŞ-ın Bradford şirkətinin məhsuludur. Biz onun nümunəsini gətirdik, mühəndisliyini etdik, istehsal etdik və İraqa göndəririk.
Bu sektorun yeniliklərindən biri vərəqələr və anbar arasında poliorton maddəsinin vurulmasıdır.
Obyekt işçisi deyib: Bu anbar qatların əlavə olunması ilə istiliyi çölə və soyuğu içəri buraxmır. Enerji istehlakının qarşısını alır. Poliorton maddəsi əlavə olunur. Bu kombinin qatları artırılır. Belə ki, kombidəki suyu minimum 72 saat isti saxlayır.
Bu sənaye obyektində ildə 12 min ədəd günəş kombisi istehsal olunur və məhsulun əsas hissəsi İraq, Türkiyə, Əfqanıstan və digər ölkələrə ixrac edilir.
Obyektin satış bölməsinin məsulu deyib: Bu sifariş İraqındır. Bizim müxtəlif qonşu ölkələrdə nümayəndəliyimiz vardır.
Bu məhsul bu günlər daxili bazarda da müştərilər tapmışdır.
Günəşlə çalışan kombilər daha yaxşı və ideal şəkildə işləyir.
Kombi quraşdırılmış bir mənzildə yaşayan evdar xanım deyib: Bura gəldiyimiz ilk gün dedilər ki, kombiləri günəşlə çalışır. Və gedib öz gözümüzlə gördük. Bizim üçün çox maraqlı idi.
Başqa bir evdar xanım deyib: Çox əladır. Olduğum öncəki mənzillərdə isti su problemim vardı. İsti su kəsilirdi, soyuyurdu. Amma burada isti su problemimiz yoxdur.
Günəş kombisinin qiyməti 1,5 milyon tüməndir və oxşar xarici nümunəsi ilə müqayisədə 50% ucuzdur.