İran gəncləri bir qızıl və üç bürünc qazandı
-
İran gəncləri bir qızıl və üç bürünc qazandı
İranın dörd nəfərlik avarçəkmə komandası gənclər üzrə Asiya Çempionatında bürünc medal qazanıb və İranın avarçəkmə yığması bir qızıl və üç bürünc medalla bu yarışı sona çatdırıb.
İRNA-nın məlumatına görə, İranın gənclərdən ibarət dörd nəfərlik avarçəkmə komandası 2018 olimpiya seçmə turu və Asiya Çempionatının son günündə üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Bundan öncə İranın ikili avaraçəkmə komandası qızıl medala layiq görülmüşdü. İranın avarçəkmə yığmasının üzvü Haniyə Bidad bir nəfərlikdə bürünc medal qazanaraq Argentinada keçiriləcək gənclər üzrə 2018 Olimpiyasına vəsiqəni təmin edib.
İranın qadınlardan ibarət dördnəfərlik avarçəkmə komandası da bürünc medala layiq görülüb.
Gənclər üzrə Asiya Çempionatı və 2018-ci il olimpiya seçmə turu üzrə avarçəkmə yarışları Sinqapurun ev sahibliyi ilə 11-14 oktyabrda keçirilib.
İran yığması qadınlarda altı, kişilərdə isə 7 avarçəkmə ilə bu yarışlarda təmsil olunub.