İranın qolbol üzrə yığması dünyada ikinci yerdədir
Okt 15, 2017 15:25 Asia/Baku
-
İranın qolbol üzrə yığması dünyada ikinci yerdədir
Görmə qabiliyyəti olmayanlar üzrə Futbol Federasiyasının açıqladığı son reytinqə əsasən, İranın kişilərdən ibarət qolbol komandası ikinci pillədə qərarlaşıb.
İRNA-nın məlumatına görə, Görmə qabiliyyəti olmayanlar üzrə Futbol Federasiyasının açıqladığı son reytinqə əsasən, Litva yığması birinci yerdə qərarlaşıb. Çin, Almaniya, Türkiyə, Braziliya, Ukrayna, İsveç, Belçika və Finlandiya İrandan sonra 3-10-cu yerlərdə qərarlaşıblar.
İranın qadınlardan ibarət yığma komandası da 11-ci pillədə qərarlaşır. Çin, Türkiyə və Yaponiya isə 1-3-cü yerlərdədirlər.
Qolbol görmə qabiliyyəti olmayan və zəif olan idmançılara məxsus idman növüdür. Bu oyunda idmançılar gözübağlı şəkildə əl ilə topu rəqib qapısından keçirməyə çalışırlar.