İranda 13-cü su sənayesi sərgisi
-
İranda 13-cü su sənayesi sərgisi
Nüvə sazişinin icrası və digər ölkələrlə əlaqələrin genişləndiyinə görə İranın bu ilki beynəlxalq su sənayesi və su və su tullantıları təchizatları sərgisində xarici ölkələrin iştirakı üç qat artıb.
Su həyatverici nemətdir. Su İnsanın yaranması və onun həyatının davam etməsində ən əsas rola malikdir. Su ehtiyatları tariz boyu sivilizasiyaların formalaşmasında önəmli rola malik olmuşdur. Dünyanın su çatışmazlığı ilə üz-üzə duran bölgələrində yaşayan insanlar üçün suyun əhəmiyyəti daha çox dərk edilmişdir.
İranın su sənayesi və su və su tullantıları təchizatları sərgisi ( WATEX) ölkənin su sahəsində ən əsas hadisəsi olaraq hər il çoxlu sayda daxili və xarici şirkətin iştirakı ilə keçirilir. Bu sərgi bu sənaye sahəsində fəaliyyət göstərən şirkətlərə öz nailiyyətləri və məhsullarını bu sahənin mütəxəssislərinə təqdim etmələri üçün dəyərli fürsət yaradır.
13-cü beynəlxalq su sənayesi sərgisində 258 daxili və 20 ölkədən oan 105 xarici şirkət iştirak edirlər. Xarici şirkətlər daha çox Azərbaycan Respublikası, İtaliya, Türkiyə, Almaniya, Macarıstan, Çin, Fransa, İspaniya, Danimarka, Cənubi Koreya, Hindistan, İsveçrə, Avstriya, Britaniya, İsveç, Yaponiya, Kanada, Belçika, İslandiya və Çexiya ölkələrinə aiddir.