İran avtomobili Avro-5 diplomunu alıb
-
İran avtomobili Avro-5 diplomunu alıb
İran avtomobili ölkənin digər məhsulları kimi Mərkəzi Asiya ölkələrində iki dekadalıq iştiraka malikdir.
İran avtomobili Avro-5 beynəlxalq diplomunu alıb və Qazaxıstanda keçirilən beynəlxalq avtomobil və yedək hissələri sənayesi üzrə sərgidə ilk dəfə iştirak edib.
Sərginin təşkilatçılıq üzrə rəsmilərindən biri deyib: Qazaxıstanın Almatı şəhərində 20-ci Beynəlxalq Avtomobil Sərgisi avtomobilqayırma sənayesi və yedək hissələrinin son və ən yeni nailiyyətlərinin təqdim olunması məqsədilə keçirilir.
Qazaxıstanda dünyanın 13 ölkəsi, o cümlədən İran İslam Respublikası, Cənubi Koreya, Almaniya, Rusiya, Türkiyə, Çin və Qazaxıstanın iştirakı ilə keçirilən 20-ci Beynəlxalq Avtomobil və Yedək Hissələri Sənayesi Sərgisində avtomobil sənayesi üzrə son nailiyyətlər sərgilənir. İran İslam Respublikasından İrankhodro Avtomobilqayırma Sənayesi Qrupu Qazaxıstanda öz minik avtomobilləri üçün ilk dəfə olaraq, Avro-5 Beynəlxalq diplomunu alıb və öz iştirakı ilə İran avtomobillərinin ixracatı üçün ilk addımını atıb.
İrankhodro Sənaye Qrupunun rəsmisi belə deyib: İrankhodro Sənayei Qrupu Avro-5 beynəlxalq diplomunu aldıqdan sonra, bu sərgidə iştirak etmək yolu ilə Avrasiya ölkələrinə ixracatını yenidən başlayıb və ümid edirik ki, bu istiqamətdə tənzimlənən proqramlara əsasən, Qazaxıstanın avtomobil bazarında diqqəti cəlb edəcək iştirakı əldə edəcəyik. Bizim avtomobillərin malik olduğu xüsusiyyətlərdən biri qaz yanacağı ilə işləyə bilməsidir. Belə ki, şəhər nəqliyyatı və taksi sahəsində ondan istifadə etmək mümkündür.
Köhnə avtomobillərin sərgilənməsi bu sərginin digər hissələrindən biridir. Bu da maraqlananların diqqətini cəlb edə bilmişdir.