İranlı taekovandoçu gümüş medala layiq görüldü
Okt 22, 2017 06:24 Asia/Baku
-
İranlı taekovandoçu gümüş medala layiq görüldü
Taekovando üzrə London qranpri yarışlarında 58 kq çəki dərəcəsində İranın təmsilçisi gümüş medala layiq görülüb.
İRNA-nın məlumatına görə, taekovando üzrə London qranpri yarışlarının davamında şənbə günortadan sonra 58 kq çəki dərəcəsində finala vəsiqə qazanan Armin Hadipur dünya ikincisi olmuş rusiyalı Mixail Artomonoya məğlub olaraq gümüş medalla kifayətlənib.
İranın təmsilçisi Hadipur finaldan öncə belçikalı tanınmış taekovandoçu və dünya ikincisi olan Səlahəddin Bin Saleh, irlandiyalı taekovandoçu Cek Uoli, 2016 Rio Olimpiyadasının ikincisi olmuş tailandlı Tavin Hanprabı məğlub etmişdi.
Bundan öncə də ağır çəki dərəcəsində İranın nümayəndəsi Səccad Mərdani bürünc medal qazanmışdı.
Teqlər