XVI Beynəlxalq Polis Ləvazimatı və Təchizatı Sərgisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i285569-xvi_beynəlxalq_polis_ləvazimatı_və_təchizatı_sərgisi
Dünyanın 29 ölkəsinin iştirakı ilə İmam Xomeyni (rə) müsəllasında XVI Beynəlxalq Polis, Nizam-İntizam Qüvvələri Ləvazimatı və Təchizatı Sərgisi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2017 14:18 Asia/Baku
  • XVI Beynəlxalq Polis Ləvazimatı və Təchizatı Sərgisi
    XVI Beynəlxalq Polis Ləvazimatı və Təchizatı Sərgisi

Dünyanın 29 ölkəsinin iştirakı ilə İmam Xomeyni (rə) müsəllasında XVI Beynəlxalq Polis, Nizam-İntizam Qüvvələri Ləvazimatı və Təchizatı Sərgisi keçirilib.

Polis təchizatının keyfiyyəti və kəmiyyətinin artırılması, polis texnologiyası və potensialının yüksəldilməsi, təhlükəsizlik avadanlıqlarından istifadənin artırılması, polis təchizatlarının ixtiraçıları və istedadlarının dəstəklənməsi, XVI Beynəlxalq Sərginin potensial məqsədlərindən idi.

350 yerli və xarici şirkət öz təhlükəsizlik nailiyyətlərini sərgiləyib. Kanada, Çin, Cənubi Koreya və Türkiyə sərginin ən önəmli qonaqlarından olublar.

Bir mütəxəssis deyib: Bizim dizayn və istehsal etdiyimiz sistem bir əsgərin yerinə nəzarətçilik edə və lazımi zamanda atəş aça bilər. Sərhəd nəzarət qüllələrində fəaliyyətini yoxladıq və geniş şəkildə istehsalını başlamaq istəyirik. Tamamilə yerlidir və heç bir vəchlə yanlış atəş açmır.

Başqa bir mütəxəssis deyib: Bu uçan aparatın 8 kilometr uçmaq potensialı vardır. Aparat 500 metr yüksəklikdə uça bilir. Avtomat silahla atəş açmaq imkanı vardır. Lazer vasitəsi ilə düşməni müəyyənləşdirə və özünü düşmənin atəşindən sığortalaya bilir. Ehtiyac duyulan hallarda ilkin yardımlar və silahları aparatın kənarlarına bağlaya və nəzərdə tutulan məkanda ata bilərik.