Kristiano Ronaldo 5-ci dəfər olaraq dünyanın ən yaxşı oyunçusu oldu
Okt 24, 2017 06:04 Asia/Baku
-
Kristiano Ronaldo 5-ci dəfər olaraq dünyanın ən yaxşı oyunçusu oldu
İspaniyanın Real Madrid futbol klubunun portuqaliyalı ulduzu 5-ci dəfə olaraq dünyanın ən yaxşı futbolçusu seçilib.
2017-ci il üçün dünya futbolunun ən yaxşılarının seçilməsi mərasimi bazar ertəsi günü Britaniyanın paytaxtı London şəhərində keçirilib.
Kristiano Ronaldo 5-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilməklə daha öncə 5 dəfə bu ada layiq görülmüş Barselona futbol klubunun argentinalı ulduzu Leonel Messi ilə birlikdə dünyanın ən məşhur futbolçusuna çevrilib.