İran – Azərbaycan veloturu başa çatdı; qaliblər mükafatlandırıldı
-
İran – Azərbaycan veloturu başa çatdı; qaliblər mükafatlandırıldı
Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil ostanlarında keçirilən velosiped yarışları başa çatıb.
14 yerli və xarici komandanın iştirak etdiyi bu turnamentdə velosipedçilər ilk olaraq Təbriz şəhərindən Urmiyə şəhərinə doğru yola çıxıblar. Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən yolun ümumi uzunluğu isə 1010 km olub. Yarış 6 mərhələdə keçirilib.
114 kilometrlik bir məsafəyə malik olan yarışın 6-cı mərhələsi Təbriz şəhərinin daxilində keçirilib. Yarışların sonunda “Şəhrdari Təbriz” komandası ümumilikdə 69 saat 37 dəqiqə və 15 saniyə ilə qalib olub. “Pişqamane Kəvire Yəzd” komandası isə 69 saat 38 dəqiqə və 58 saniyə ilə ikinci olub. Belçikanın Tartelto komandası isə 69 saat 53 dəqiqə 40 saniyə ilə yarışı 3-cü yerdə başa vurub.
Yarışın 6-cı mərhələsinin sonunda “Qızıl Köynək” Belçikanın Tartelto komandasından Rab Royxa nəsib olub. Dağ Köynəyi və Ağ Köynək isə “Şəhrdari Təbriz” komandasından İlya Davidnukun payına düşüb. Hollandiyanın Beybi Damp komandasından Marko Dvets isə Yaşıl Köynəyin sahibi olub.