Ronaldo bir daha dünyanın ən yaxşı futbolçusu seçildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i285721-ronaldo_bir_daha_dünyanın_ən_yaxşı_futbolçusu_seçildi
Ronaldo öz taxt və tacını qorumağı bacardı, 32 yaşı olsa da hələ də zirvədədir...
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 16:02 Asia/Baku
  • Dünya Futbolunun Ən Yaxşısı - Ronaldo
    Dünya Futbolunun Ən Yaxşısı - Ronaldo

Ronaldo öz taxt və tacını qorumağı bacardı, 32 yaşı olsa da hələ də zirvədədir...

FİFA-nın ən  yaxşıları mərasimi bazar ertəsi günü axşam futbol dünyasının ən tanınmış isimlərinin iştirakı və İdris Albanın aparıcılığı ilə Londonda baş tutub. Braziliyadan Ronaldo və Argentinadan Maradona bu mərasimin fəxri qonaqları idilər. Mükafatlar baş məşqçilər və futbolçuların nəzərləri habelə, ümumi səsvermə yolu ilə əldə edilən nəticə əsasında təqdim edilir. Əsas namizədlər isə Ronaldo, Messi və Neymar idi. Səsvermənin sonunda Ronaldo ardıcıl olaraq ikinci dəfə ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb...

 

Ronaldo 2017-ci ildə 47 oyun oynayıb, 44 qol vurub. Qol ilə tamamlanan 11 ötürmə edib. 4 kubok alıb. Və Avropanın ən yaxşı oyunçusu adına layiq görülüb. Ronaldo səslərin 43 faizini əldə edərək, ən yaxşı oyunçu seçilib. Messi isə səslərin 20 faizini özünə aid edərək, ikinci olub. Neymar isə sadəcə 7 faiz səs toplayaraq, 3-cü olub.

Hollandiyanın qızlardan ibarət yığma komandasının ulduzu Leyk Martinz isə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.

Zeynəddin Zeydan isə dünyanın ən yaxşı məşqçisi ünvanının sahibi olub. Onun əsas rəqibləri isə Konte və Algeri idi. Zeydan futbolçu olduğu dönəmdə də “qızıl top”un sahibi olmuşdu.

Hollandiyanın qadınlardan ibarət futbol komandasının baş məşqçisi Sarina Viqman isə dünyanın ən yaxşı qadın məşqçisi seçilib.

Marsel Dezayi isə “mərd oyunçu” mükafatını Fransıs Koneyə təqdim edib. Kone Çexiya çempionatında rəqib komandanın qapıçısına yardım edərək, onun həyatını xilas etmişdi.

Seltik Skotlənd isə ilin ən yaxşı azarkeşi seçilib.

Bufon futbol həyatının sonlarında ilin ən yaxşı qapıçısı adını özünə aid edib.

 

Oliviya Jironun Arsenalın Kristal Palas qarşısındakı oyununda vurduğu qol isə ilin ən yaxşı qolu seçilib.

Sonda Bufon, Bonuçi, Ramus, Deni Aloz, Marsello, Toni Kros, Mudriç, İniyesta, Neymar, Messi və Ronaldo ilin seçilmiş komandası elan ediliblər. Komandanın tərkibində Madridin Real komandasından 5 oyunçusunun yer alması isə diqqətəlayiqdir.