İran yığması ikinci yeri tutdu
Noy 26, 2017 14:14 Asia/Baku
-
İran yığması ikinci yeri tutdu
Yaponiyada Dünya Karate Liqasında İran yığması iki qızıl, bir gümüş və üç bürünc medalla ikinci yeri tutub.
İRİB-in məlumatına görə, 67 ölkədən 783 idmançının iştirakı ilə 2017-ci ildə Van Karatesi adlanan Dünya Karate Liqası Yaponiyanın Okinava şəhərində öz işini yekunlaşdırıb. Liqada Əmir Mehdizadə -60 kq, Saleh Əbuzəri 84+ kq çəki dərəcəsində qızıl medal qazanıblar.
Mehdi qərarizadə -84 kq, Hadir Ərəb isə 84+ kq çəki dərəcəsində bürünc medal qazanıblar.
Qadınlarda isə iranlı karateçilər -50 kq çəkidə gümüş, -68 kq çəki dərəcəsində də bürünc medal qazanıblar.
Teqlər