Yeni bioloji layihə ilə zərərvericilərin qarşısı alınır; sağlam məhsul
-
Yeni bioloji layihə ilə zərərvericilərin qarşısı alınır; sağlam məhsul
İranın Yəzd vilayətində zərərvericilər və xəstəliklərə qarşı yeni bioloji layihə icra olunub. Beləliklə keyfiyyəti və sağlamlığı qorunmaqla yanaşı məhsul artımı da özünü büruzə verməkdədir.
Bu il İranın Yəzd vilayətində 20 hektar istixanada bioloji mübarizə planı icra edilməkdədir. Bu plan daha keyfiyyətli və sağlam məhsulun bazara çıxmasına şərait yaradır. Zərərvericilərin aradan qaldırılması ilə keyfiyyətli istixana məhsullarının yetişdirilməsi.
İstixana sahibi deyib: Bu metodda bir sıra vasitələrdən istifadə olunur. Zərərverici və xəstəliklərin qarşısı alınır. Kimyəvi maddələrdən istifadə minimuma endirilir. Eyni zamanda məhsulun keyfiyyəti prioritet sayılır.
İstixana işçisi deyib: Xəstəliklərin müxtəlif mərhələlərini arxada qoyurlar. Bu da xəstəliklərin azalması ilə nəticələnir.
Başqa bir işçi deyib: Məqsədimiz sağlam və sertifikatı olan məhsulun istehsalıdır.
İstixana işçisinin sözlərinə görə, hal-hazırda bibər istixanasında zərərverici həşəratlar və xəstəliklərin aradan qaldırılması üçün işləyirik.
İstixana sahibi deyib: Bu il zərərvericilərlə bioloji mübarizə sahəsində istixana məhsullarını dörd dəfə artıra bilmişik.
İstixanaların sahibləri bu layihə ilə keyfiyyətli və daha çox məhsul götürmüşlər.
İşçi deyib: 20%-ə yaxın çox məhsul götürmüşük. Keyfiyyət baxımından da bazara və cəmiyyətə daha sağlam məhsul təqdim edirik.
Başqa bir işçinin sözlərinə görə, kimyəvi maddələrdən istifadə azalırsa, məhsul daha sağlamdır, ekologiya və ətraf mühitə kömək edir.
Bu layihə sağlam və sertifikat verilmiş çoxlu miqdarda məhsulun istehsalı və ixracına şərait yaratmışdır.