İran ağırlıqqaldırmada qızıl medal qazandı
Dek 06, 2017 07:19 Asia/Baku
Meksikada keçirilən əlilllərin ağırlıqqaldırma üzrə dünya çempionatında İranın ağırlıqqaldırma komandası daha bir qızıl medal qazanıb.
Meksika paytaxtında keçirilən əlillərin ağırlıqqaldırma üzrə Dünya Çempionatının dördüncü günündə 80 kq çəki dərəcəsində İran təmsilçisi 227 kiloqram rekorda imza ataraq qızıl medal və çempionluq titulunu qazanıb.
İranın ağırlıqqaldırma komandası Dünya Çempionatının dördüncü gününün sonuna qədər 2 qızıl, 2 gümüş və bir bürünc medal qazanmış və üçüncü yerə yüksəlmişdir. İran yığması 14 idmançı ilə bu beynəlxalq turnirə qatılıb.
Əlillərin Ağırlıqqaldırma üzrə Dünya Çempionatı 2-8 dekabrda Meksikada keçirilir.
Teqlər