İranlı atletlər vaxtından əvvvəl Dünya Çempionu oldular
Dek 08, 2017 06:29 Asia/Baku
Meksikada keçirilən əlillərin ağırlıqqaldırma üzrə Dünya Çempionatının sonuna bir gün qalmış İran yığması üç qızıl, dörd gümüş və bir bürünc medalla mundualın qalibi olub.
İRİB-in məlumatına görə, İranın ən ağır çəkidəki idmançısı Siyamənd Rəhman 107+ çəki dərəcəsində 285 kiloqram çəkini başı üzərinə qaldıraraq birinci yeri tutub və qızıl medala layiq görülüb.
İranın başqa ağır çəkidəki idmançısı Mənsur Purmirzayi də 241 kiloqram çəkini başı üzərinə qaldıraraq ikinci yeri tutub və gümüş medala layiq görülüb.
Bu çəkidə İordaniya idmançısı 235 kq çəki ilə üçüncü yeri tutub.
Əlillərin Ağırlıqqaldırma üzrə Dünya Çempionatı 2-8 dekabrda Meksikada keçirilir.