Kaktusların ecazkar dünyası
-
Kaktusların ecazkar dünyası
Gül və gülçülüyün də özünə məxsus bir dünyası var. Bütün çətinliklərinə baxmayaraq, münasib gəlir mənbəyi sayılır. Eyni zamanda, insana bütün yorğunluqlarını unutdurur.
Gül almaq üçün gül mağazalarına müraciət edən şəhər sakinləri deyir: "Çeşidlərin çox olmasına görə həmişə burdan gül alaram. Burdakı güllər çox çeşidlidirlər."
Bu gülləri istehsal edən şəxsin görüşünə getdik. Cənab Kargər bu işə başladığı zaman o qədər də təcrübəsi olmadığını dedi: İlk başda güllərlə bağlı o qədər də məlumatım yox idi. Sadəcə bir neçə gülün adını bilirdim.
Buna baxmayaraq, həm özünə gəlir mənbəyi, həm də gənclər üçün iş yeri yaratmaq üçün yorulmadan çalışıb. Və sonda öz istəyinə çatıb.
Kargər deyir: Hazırda burda əsasən kaktus istehsal etməklə məşğuluq. Eçino, Mamilarya və Asrofitom kimi çeşidli kaktus növləri yetişdiririk. Şeflora, Bencamin, Petos və Difen kimi ev güllərini də çoxaldırıq.
İndi Kargər öz səyləri nəticəsində bu gün İranın ən tanınmış gül istehsalçılarından birinə çevrilib.
Müşahidə etdiyiniz bu məkan ölkənin cənub bölgəsində ən iri gül istixanasıdır. Burda 400-dən çox kaktus, bağça və ev gülləri yetişdirilir.
Bu güllər bir çoxlası üçün gəlir mənbəyinə də çevrilib. İşçilər deyirlər:Əvvəllər işsiz idim. İndi bir neçə ildir burda işləyirəm. Bu istixananın yaradılması ilə biz də burda məşğul olmağa başlamışıq.
Hazırda bu istixanada 10 nəfər işçi çalışır. Bu istixananın işi bununla məhdudlaşmır. Burda yetişdirilən güllər ölkənin bütün nöqtələrinə, hətta, xarici ölkələrə belə ixrac edilir.
Kargər deyir: Əsasən Xuzestan, Buşehr, Şiraz, Kerman və Behbəhan ostanlarından sifarişlər alırıq.
Kohkiluye və Buyirəhməd ostanı gül yetişdirmək üçün münasib iqlimə malikdir. Ostanın kənd təsərrüfatı cihadı idarəsinin rəisi bu barədə deyir: Hazırda ostanımızda 16 hektardan çox ərazidə ildə 20 milyondan çox gül yetişdirilir.
Bu istehsalçılara xüsusi diqqətin göstərilməsi ölkə iqtisadiyyatının inkişafında böyük təsirə malik ola bilər.