MS xəstəliyinin müalicə metodu kəşf edildi
İranlı bioloq dünyada ilk dəfə olaraq "Multiple Sclerosis" (MS) xəstəliyini müəyyənləşdirən anti-geni kəşf etdi.
İranlı bioloq Mahmud Sədaqəti özünün iki həkim qızı ilə bərabər 11 illik araşdırmadan sonra nəhayət MS xəstəliyini müəyyənləşdirən anti-geni kəşf edib və bu xəstəliyin müalicəsi son dərəcə yaxınlaşıb.
Mahmud Sədaqəti bu kəşfin təfərrüatını açıqlayarkən deyib: Dünyada ilk dəfə olaraq qan vasitəsi ilə MS xəstəliyi müəyyənləşdirilə bilər.
Sədaqəti MS xəstəliyinin yeganə müalicəsi yolunun anti-gen müalicəsindən ibarət olduğunu bildirərək 4 ilədək MS xəstəliyinin qəti müalicəsinin mümkün olacağına ümidvar olduğunu deyib.
MS xəstəliyi beyin və onurğaya təsir edən məhdudlaşdırıcı xəstəlikdir və insanın balansını, hisslərini itirməsinə səbəb olur. MS-də immun sistemi beyin və onurğa beyninə qarşı hücuma keçir və onları iflic edir.