FİFA Ruhanini futbol üzrə dünya çempionatının açılış mərasimində iştiraka dəvət edib
Beynəlxalq Futbol Federasiyası- FİFA-nın sədri bir məktub göndərərək, rəsmi şəkildə İran İslam Respublikasının prezidenti Həsən Ruhanini Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının açılış mərasimində iştiraka dəvət edib.
Beynəlxalq Futbol Federasiyasının sədri Canni İnfantinonun Həsən Ruhaniyə ünvanlanmış dəvətnaməsinin mətnində deyilir: Futbol insanları müttəfiq edəcək və bütün mədəni və ictimai hasarları uçuracaq özünəməxsus bir qüdrətə malikdir və yəqin ki, 2018-ci il dünya çempionatı şənlik və birlik üçün bir fürsətdir.
İnfantino bir neçə ay bundan öncə İrana səfəri zamanı İran prezidentindən istəmişdi ki, 2018-ci il futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Rusiyaya səfər etsin.
2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. İranın yığma komandası bu yarışlarda İspaniya, Portuqaliya və Mərakeş yığmaları ilə bir qrupda yarışacaq.