İran voleyboçularının beşinci qələbəsi
-
İran voleyboçularının beşinci qələbəsi
İranın voleybol üzrə yığma komandası Yaponiya yığmasını 3-0 hesabı ilə məğlub edib.
İran voleybolçuları voleybol üzrə dünya çempionatının ikinci həftəsində özlərinin Yaponiya qarşısındakı sonuncu oyunlarında qalib gələrək. beş qələbə ilə evə əlidolu qayıdıblar.
İranın voleybol üzrə yığma komandası bu görüşdən öncə İtaliya, Almaniya, Çin və Argentina yığmaları üzərində dörd qələbə, Braziliya yığması qarşısında isə bir məğlubiyyətlə 13 xal toplayaraq, heç bir məğlubiyyəti olmayan Braziliya və Fransa komandalarından sonra yarış cədvəlinin 3-cü pilləsində durur. Yaponiyanın milli voleybol komandası isə iki qələbə və üç məğlubiyyətlə yarış cədvəlinin 9-cu pilləsindədir.
İranın voleybol üzrə yığma komandası yarışların üçüncü həftəsində iyunun 14-də Urmiyyədə Kanada, Polşa və Rusiya yığmalarına ev sahibliyi edəcək.