İran voleybol üzrə millətlər liqasında cədvəin önündə gedir
-
İran voleybol üzrə millətlər liqasında cədvəin önündə gedir
İranın voleybol üzrə yığma komandası Urmiyyə şəhərində keçirilən voleybol üzrə millətlər liqasının üçüncü həftəsində dalbadal üç setdə güclü Kanada komandasını qəti şəkildə məğlub edərək, yarış cədvəlinin birinci pilləsinə qalxıbdır.
Voleybol üzrə millətlər liqasının üçüncü həftəsinin birinci gününün yarışları dünən axşam İranın Urmiyyə şəhərində Rusiya-Polşa yarışı ilə başladı və şənbə günü sübh tezdən başa çatdı. Bu gündəki yarışlarda Rusiya, İtaliya, İran, ABŞ, Serbiya, Bolqarıstan, Fransa və Portuqaliya komandaları öz rəqiblərini məğlub ediblər.
İranın voleybol üzrə yığma komandası özünün öncəki altı görüşündə İtaliya, Çin, Almaniya, Argentina və Yaponiya komandalrını məğlub edərək, beş qələbə qazanıbdır. Bu nəticə ilə İranın voleybol üzrə yığma komandası özünün altıncı qələbəsini bayram edib və müvəqqəti olaraq,19 xalla cədvəlin birinci pilləsində durubdur.
İranın voleybol üzrə yığma komandası bu gün yerli vaxtla saat 18:30 dəqiqədə Polşa komandası ilə görüşəcək.