İran voleybolçularının millətlər liqasındakı qələbələri davam edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i342513-İran_voleybolçularının_millətlər_liqasındakı_qələbələri_davam_edir
İranın yığma voleybol komandası millətlər liqasındakı görüşlərinin davamında Polşa komandasını 3-2 hesabı ilə məğlub edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2019 08:38 Asia/Baku
  • İran voleybolçularının millətlər liqasındakı qələbələri davam edir
    İran voleybolçularının millətlər liqasındakı qələbələri davam edir

İranın yığma voleybol komandası millətlər liqasındakı görüşlərinin davamında Polşa komandasını 3-2 hesabı ilə məğlub edib.

İran və Polşa yığmaları dünən bu liqa yarışlarının İranın Urmiyyə şəhərində keçirilən üçüncü həftəsində qarşılaşıblar.

İranlı voleybolçular sıx bir rəqabətdə rəqib komandanı 3-2 hesabı ilə məğlub edə biliblər.

İranın yığma voleybol komandası hazırda yeddi xalla yarış cədvəlinin önündə gedir. Komandamız indiyə kimi Polşa, Kanada, İtaliya, Almaniya, Çin, Argentina və Yaponiya komandalarını məğlub edib və yalnız Braziliya komandasına uduzubdur.

İranın yığma voleybol komandası yarışların davamında sabah Rusiya yığması ilə görüşəcək.

Voleybol üzrə 2019-cu il millətlər liqası yarışları 16 komandanın iştirakı ilə keçirilməkdədir.