İstehsal rövnəqi
-
İstehsal rövnəqi
Daxildə istehsal hər bir ölkə üçün həm məişət problemlərini həll edə, həm əcnəbilər və düşmənlərdən asılılığı azalda, həm də məşğulluq problemini aradan qaldıra bilər.
Bura, ölkənin qərbində ən böyük şprits istehsalı obyektidir, günün ən son texnologiyalarından bəhrələnməklə.
Bura, bizim istehsalımızın ilk etapdır. Xammal da tamamilə yerlidir. Formalaşdırma, forma və sonrakı iki mərhələdə həyata keçirilən aşılama sınağına malikik.
Bu zavodda hər il 30 milyon ədəd şprits istehsal olunur.
Bura, qablaşdırma və montaj salonudur. Gördüyünüz dəzgahlar Si-Si-Si(CCC) şpritsinin montajı dəzgahıdır.
Bu zavodun müdirləri deyirlər ki, bu kompleksdə istehsal olunan məhsul, xarici nümunələrdən geri qalmır.
Ölkənin qərbində şprits istehsalı üzrə ən böyük istehsal obyektindəyik. Hal-hazırda gündə yüz min ədəd şprits istehsalı ilə məşğuluq.
Burada şpritsi müxtəlif ölçülərdə istehsal edirik və cürətlə demək olar ki, xaricdən idxal edilən şpritslərlə rəqabət edirlər; istər keyfiyyət, istərsə də möhkəmlik baxımından.
Bu istehsal obyektində qırx nəfər birbaşa şəkildə iki növbədə işləyir. Dolayısı ilə də təqribən 300 nəfər işlə məşğuldur.
Bu laboratoriya texniki cəhətdən modern aparatlara malikdir. Modern sınaq aparatları ilə təchiz olunubdur.
İstehsal sahəsi üzrə fəallar bu günlər İranın daxilində istehsal olunan məhsullar və təchizatların ardınca olmaq üçün dövlətin və xalqın dəstəyinə ehtiyac duyurlar.
Möhtərəm dövlətdən gözləyirik, özəl sektorlara daha artıq dəstək versinlər, zira həm iş yerləri, həm də daxili istehsal rövnəqi yaradır.
İş-güc rövnəqi istehsal rövnəqinə zəmin yaradır.
Bu il bu zavodun genişləndirilməsi layihəsində istehsal və məşğulluğun miqdarının ikiqat artımı nəzərdə tutulubdur.