İran komandası Voleybol üzrə Millətlər Liqasının finalına çıxıb
İyun 29, 2019 04:16 Asia/Baku
-
İran komandası Voleybol üzrə Millətlər Liqasının finalına çıxıb
İranın yığma voleybol komandası 2019-cu il millətlər liqasının beşinci həftəsinin ilk görüşündə Serbiya yığmasını məğlub edərək, birinci komanda kimi finala vəsiqə qazanıb.
İranın voleybol komandası cümə günü 2019-cu il millətlər liqasının beşinci həftəsinin ilk görüşündə Bolqarıstanın Plovdiv şəhərində Serbiya komandası ilə qarşılaşaraq, bu komandanı 3:1 hesabı ilə qarşısından götürübdür.
İranın voleybol komandası birinci, üçüncü və dördüncü setlərdə rəqibini müvafiq olaraq, 25:23; 25:22 və 25:19 hesabı ilə məğlub edib.
İranın yığma voleybol komandası bu gün Bolqarıstan seçməsi ilə qarşılaşacaq, bazar günü isə Amerika yığması ilə görüş keçirəcəkdir.
Teqlər