Təbrizdə İranın ikinci beton sel bəndi
-
Təbrizdə İranın ikinci beton sel bəndi
Şərqi Azərbaycan vilayəti ikinci vilayətdir ki, bu məntəqədə modern su bəndi texnologiyası işlədir və onun məziyyəti, yüksək müqavimətli və sərfəli olmasıdır.
Sel amansızcasına hər şeyi uddu.
İki il bundan öncə Azərşəhrdə əzizlərimizi əlimizdən aldı.
Düzdür ki, bu kədərli hadisələr hamımızın ürəyini ağrıtdı, amma ürəyiyananları fəaliyyətə keçməyə sövq etdirdi.
Müsahibə: Bu istiqamətdə biz keçən il bu vilayətə təqribən 20 milyard tümən kredit ayırdıq. Bu il də ötənilki krediti bizim üçün ikiqat elan etdilər. Su hövzələri idarəçiliyi layihələri üçün təqribən 40 milyard tümən pulumuz var.
Kərpic-kərpic divarlar yüksəldi və oldu Şərqi Azərbaycan məntəqəsinin ilk beton-roller sel bəndi.
Müsahibə: İran səviyyəsində Xuzistan vilayətindən sonra bu məntəqədə modern su bəndi texnologiyası işlədən ikinci vilayətdir.
Onun məziyyəti, torpaq və daş bəndlərə nisbətən yüksək müqavimətli və sərfəli olmasıdır. İqtisadi cəhətdən də çox sərfəlidir.
İş o qədər həssas idi ki, diqqətlə mütaliə olunmalı idi.
Müsahibə: Bu layihə Şərqi Azərbaycan vilayətinin Təbii Mənbələr və Su Hövzələrinin İdarəçiliyi üzrə baş idarə ilə Şəhid Mədəni adına universitetin tədqiqat müavinliyi arasında bir tədqiqat layihəsi formasında həyata keçirilib.
Müsahibə: Bu sistemdə on min kubmetr beton-roller həcmi işlədilibdir. Anbarın həcmi və su tutumu səksən min kubmetrdir. Gördüyünüz kimi, boru çəkilibdir ki, biz bu sistemlə ikiqat su anbarına nəzarət edə bilərik.
Müsahibə: Biz bu məntəqədə torpağın yuyulmasının qarşısını ala bilərik və nəticə etibarı ilə kəhrizlərdə və su quyularında su çoxalmış olacaq.
Bu sel bəndi hazırda fiziki cəhətdən 90 faizlik inkişafa malikdir və bir ay sonra istifadəyə veriləcək.