Dağıstan Universitetinin önündə Hafizin büstü qoyulub
İyul 03, 2019 17:00 Asia/Baku
-
Dağıstan Universitetinin önündə Hafizin büstü qoyulub
Dağıstan dövlət univesitetinin xarici dillər institutunun qarşısında tanınmış iranlı şair Hafiz Şirazinin büstünün açılış mərasimi olub.
Mərasimdə İran İslam Respublikasının Rusiyadakı səfiri Mehdi Sənayi, Dağıstan baş nazirinin müavini və ali təhsil naziri, həmçinin Dağıstan dövlət univesitetinin fars dili kafedrasının dekanı, bu kafedranın tələbə-müəllim heyəti iştirak ediblər.
Dağıstan Muxtar Respublikasından əlavə, bir neçə digər məşhur iranlı şairin büstü də tezliklə Rusiyanın digər məntəqələrində, o cümlədən bu ölkənin müsəlmansakinli muxtar respublikalarında yerləşdirilməlidir.