Lorestan, su və şəlalələr diyarı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i344758-lorestan_su_və_şəlalələr_diyarı
Su və şəlalələr diyarı olan Lorestan onlarla misilsiz təbii cazibə ilə yayın isti günlərində gəzinti və səfər üçün yaxşı bir məqsəd olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2019 16:17 Asia/Baku
  • Lorestan, su və şəlalələr diyarı
    Lorestan, su və şəlalələr diyarı

Su və şəlalələr diyarı olan Lorestan onlarla misilsiz təbii cazibə ilə yayın isti günlərində gəzinti və səfər üçün yaxşı bir məqsəd olacaqdır.

Müsahibə: Allahın qüdrətinə bax! Dağın mərkəzində coşan bir çay.

Nəreyşen: Daşın arasından axıb tökülən və dağın dolanbaclarla dolu ətəyindən sürüşərək, təravət və gümrahlıq musiqisi çalan coşan çay.

Müsahibə: Olduqca sulu və gözəldir.

Müsahibə: İnsan həm dəhşətə gəlir, həm ləzzət alır və Allahın qüdrətini görmək olar.

Nəreyşen: Bura, Əliqudərzin “Çekan” şəlaləsidir. İranın ən ucqar nöqtələrindən təbiətsevərləri və turistləri özünə doğru çağıran, dünyanı yaradanın gözəlliyinin heyrətdoğuran və taysız təzahürü.

Müsahibə: Bu, Allahın neməti və Allahın qüdrətinin nişanəsidir.

Müsahibə: Digər şəlalərdən fərqli olaraq, burada şəlalənin altına gedə bilmərik.

Nəreyşen: Çekan otuz metr hündürlükdə yerləşir və oraya çatmaq üçün bu axan zülalın təlatümü ilə səs-səsə verərək, dağ ətəyi boyunca bir neçə kilometr yol getmək gərəkdir.

Müsahibə(qadın): Buraya gələn hər kəs Allah-Taalanın əzəmətini görur.

Müsahibə: Yuxarı çox sərndir. Gərək özümüzlə isti paltar götürəydik.

Nəreyşen: Yayın istisində şəlalənin kənarında böyük qar kütlələrinin olması bu məntəqənin hərarətinin aşağı olmasına dəlalət edir.

Müsahibə: Əliqudərz çox isti olduğu üçün bura bizim üçün əladır.

Nəreyşen: Çekan adı  dərin bir mənaya malikdir və damcı-damcı tökülmək və sairlə heç bir uyğunluğu yoxdur.

Müsahibə: Gur su axını nəticəsində yüz metr məsafədə qulaq qulağı eşitmir.

Bu şəlalə Əliqudərz şəhərinin cənub-qərbində yerləşir. Şəlalənin girəcəyi Əliqudərz-Şulabad şose yolunun səkkiz kilometrliyində yerləşir.

Müsahibə(qadın): Mütləq gəlib, buranı görün. Rahat maşın yolu da var.

Müsahibə: Gəlin və bu gözəl və əzəmətli şəlaləni görün.