Üç kosmonavt kosmik stansiyaya göndərilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i344802-Üç_kosmonavt_kosmik_stansiyaya_göndərilib
İtaliya, Rusiya və Amerikadan olan üç kosmonavt insanın aya səfərinin əllinci ildönümündə kosmik stansiyaya göndərilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2019 03:12 Asia/Baku
  • Üç kosmonavt kosmik stansiyaya göndərilib
    Üç kosmonavt kosmik stansiyaya göndərilib

İtaliya, Rusiya və Amerikadan olan üç kosmonavt insanın aya səfərinin əllinci ildönümündə kosmik stansiyaya göndərilib.

Soyuz M-13 kosmik gəmisini daşıyan Soyuz FG raketi Baykonur kosmodromundan beynəlxalq kosmik stansiyaya doğru buraxılıb.

Mart ayında iki amerikalı və bir rus kosmonavt bu stansiyaya göndərildilər və hazırda oradadırlar.

2011-ci ildən bəri Rusiya beynəlxalq kosmik stansiyaya təchizat və kosmonavtlar göndərə bilən yeganə ölkədir.

Əlli il bundan öncə, yəni 1969-cu il iyulun 20-də Nil Armstronq və Bazz Oldrin ilk insanlar kimi ay kürəsinə ayaq basdılar.