Şuşun “Həfttəppe” şəkər qamışı zavodu
-
Şuşun “Həfttəppe” şəkər qamışı zavodu
İranın cənub-qərbində yerləşən Şuş şəhərinin “Həfttəppe” şəkər qamışı zavodu özünün zirvəli günlərinə geri dönməkdədir.
Şuşun “Həfttəppe” şəkər qamışı zavodu uzun müddət zəif fəaliyyətdən sonra yenidən öz ayaqları üstündə dayanıbdır.
“Həfttəppe” şəkər qamışı zavodu özünün zirvəli günlərinə geri dönməkdədir.
Şəkər qamışı zavodunun günəşi ayrı bir yerdə doğur- əkin sahələrində. Sübh tezdən Xuzistan vilayətinin Şuş şəhərindəki şəkər qamışı plantasiyasında kəsilmiş qamışlar sərt və ağır bir zəhmətdən söz açır.
: Bir gün öncə qamışı yandırırlar, artıq saçaqları aradan götürülmüş olsun ki, fəhlə qəmə ilə işləyə bilsin, lakin çətin bir işdir, çünki əlin həmişə qəmə ilə zərbə vurmaqdadır.
Gənc və qoca qamışkəsənlər qızmar yay fəslində Xuzistan vilayətinin istilərində təqribən səkkiz saat işləyirlər.
Səhər saat dörddən işləməyə başlamışıq. İndi səhər saat səkkizdir.
Bu qamışkəsənlər məni bu işi sınamağa çağırıblar.
Bu cür tut, qəməni.
Qoyun, özü təkbaşına işləsin.
Doğrudan da çətin idi. Həm də çox təhlükəlidir. Çünki kiçik bir səhvlə özümüzü yaralaya bilərik. Zərbə vurarkən nəfəs almaq da çətindir. O istiyə, külə və havanın rütubətinə görə. Doğrudan da işləri çətindir. Həmin çətin şəraitdən qamışkəsənlər halal ruzilərini əldə edirlər.
Mənim özümün bakalavr təhsilim var, lakin plantasiayada işlədiyim üçün işlə məşğul olmaq istədim.
Şəkər qamışı qəribə bir bitkidir. Ondan şəkər, MDF, kağız və spirt istehsal edirlər. Bundan əlavə, onu bir dəfə əkirlər, bir neçə dəfə yandırır və kül edirlər, amma bir daha tumurcuq bağlayır. Sanki taleyində əbədilik yazılıbdır.
Bu şirkət sərt sanksiyalardan keçdikdən sonra bir daha canlanıb və müdiriyyəti və işçilərinin ciddi-cəhdləri və yekdillikləri ilə bir daha istehsal rövnəqi istiqamətində addımlayır.