İranın taekvondo üzrə yığma komandası Asiya çempionu olub
İyul 23, 2019 06:17 Asia/Baku
-
İranın taekvondo üzrə yığma komandası Asiya çempionu olub
Taekvondo üzrə yeniyetmələr arasında keçirilən onuncu Asiya çempionatının sonunda İranın taekvondo üzrə yığma komandası on qızıl, altı gümüş və bir bürünc medal əldə edərək, Asiya çempionu olubdur.
Cənubi Koreya üç qızıl, dörd gümüş və yeddi bürünc medal qazanaraq, ikinci, Çin isə üçüncü olubdur.
Taekvondo üzrə yeniyetmələr arasında onuncu Asiya çempionatı 331 taekvondoçunun iştirakı ilə bazar günü səhər İordaniyanın paytaxtı Əmmanda başlanıb və dünən qaliblərin müəyyən edilməsilə başa çatıbdır.