"Dəniz oğlu" animasiyası Seul festivalında ən yaxşı Asiya filmi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i344982-dəniz_oğlu_animasiyası_seul_festivalında_ən_yaxşı_asiya_filmi_olub
Abbas Cəlali Yektanın rejissorluq etdiyi "Dəniz oğlu" animasiyası Cənubi Koreyanın Seul şəhərində keçirilən film, animasiya və cizgi filmi festivalının uşaq və yeniyetmə bölməsində ən yaxşı Asiya filminin nağd mükafatını əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2019 16:11 Asia/Baku
  • "Dəniz oğlu" animasiyası Seul festivalında ən yaxşı Asiya filmi olub

Abbas Cəlali Yektanın rejissorluq etdiyi "Dəniz oğlu" animasiyası Cənubi Koreyanın Seul şəhərində keçirilən film, animasiya və cizgi filmi festivalının uşaq və yeniyetmə bölməsində ən yaxşı Asiya filminin nağd mükafatını əldə edib.

İyulun 17-dən 21-dək Cənubi Koreyanın paytaxtında keçirilən 23-cü animasiya və cizgi filmi festivalı- "SICAF"da "Dəniz oğlu" animasiyası həmçinin festivalın uşaq və yeniyetmə filmləri müsabiqəsi bölməsində nümayiş etdirilib.

Bu animasiya filminin hekayətinin xülasəsində deyilir: Bir qadın və kişi bir oğlanla yanaşı divar üstündə yaşayırlar. Oğlanın iştirakı yavaş-yavaş onların həyatında dəyişikliklər yaradır...

Bundan öncə "Dəniz oğlu" animasiyası 59-cu Annecy(ensi) festivalının qısametrajlı filmlər perspektivi müsabiqəsi bölməsində nümayiş etdirilərək, Fransanın Annecy(ensi) şəhərinin xüsusi mükafatı olan "Prix de la Ville d’Annecy"ni almağa müvəffəq olmuşdu.