Kürdüstan vilayətində Kərəftu mağarasının turizm cazibədarlığı
-
Kürdüstan vilayətində Kərəftu mağarasının turizm cazibədarlığı
Kərəftu mağarası şübhəsiz, İranın qərb hissəsinin ən cazibəli görməli nöqtələrindən biri sayılır. Qədim iranlılar elektrik vasitəsi olmadan və yalnız əl alətləri ilə onu yaradıblar. Həmkarımın bu barədəki reportajını birlikdə izləyək.
Tarixin görüşünə gedirik.
İranın əl ilə qazılmış ən uzun mağarasının görüşünə.
Müsahibə(qadın): 162 kilometr Sənəndəcdən uzaqlaşmışıq və Divandərre şəhrestanına çatmışıq.
Bura əl ilə qazılmış təbii Kərəftu mağarasıdır.
Divandərrədən 67 kilometr şimalda yerləşən Kərəftu mağarası təbii əhəng daşından ibarət olaraq, üçüncü geologiya dövründə formalaşıbdır.
Hündür bir qaya üzərində yerləşən Kərəftu mağarası təbii gözəlliklər məcmuəsi olaraq, keçmiş insanların daha təhlükəsiz yaşayış və təbiətə qalib gəlmək üzrə səylərinin məhsuludur.
Müsahibə(kişi): Gördüyünüz bu cizgilər dağ keçisi və buynuzlar formasında burada çəkilib. Mağaranın əksər hissələrində bu oyma çizgilərini görə bilərik.
Mağaranın üçüncü mərtəbəsində yunan kitabəsi mövcuddur.
Müsahibə(kişi): Bu giriş qapısının üstündə yunan xəttində yazılmış bir kitabə mövcuddur. Kitabə Arşakilər dövrünə aiddir. Bu kitabədə ilahə Heraklisin adı çəkilib və kitabənin mətninin tərcüməsi belədir: Bura, Heraklisin evidir və heç bir alçaqlıq bura yol tapa bilməz.
12-si qədim olan ölkədəki 2200 mağara arasında Kərəftu mağarası 750 metr uzunluqla misisizdir.
Kərəftu mağarası 78 il bundan öncə 330 nömrəsi ilə milli qeydiyyata alınıbdır.
Gözəl, təbii və əl ilə qazılmış Kərəftu mağarasının dörd mərtəbəsi, 7 otağı və 9 dəhlizi var. İldə 200 min turist bu gözəl mağaranın tamaşasına gəlir.