İranın gənc voleybolçuları dünya çempionatının finalına çıxıblar
-
İranın gənc voleybolçuları dünya çempionatının finalına çıxıblar
İranın gənclərdən ibarət yığma voleybol komandası tarixdə ilk dəfə olaraq, Bəhreyndə keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.
İranın 21 yaşından aşağı voleybol komandası dünən gecə dünya çempionatının yarımfinalında Braziliya yığması ilə qarşılaşıb və bu komandanı 3-0 hesabı ilə məğlub edibdir.
Digər yarımfinal görüşündə də İtaliya yığması 3-1 hesabı ilə Rusiya komandasını məğlub edərək, finalda İran yığmasının rəqibi olubdur.
21 yaşından aşağı səviyyədə keçirilən voleybol üzrə dünya çempionatının final görüşü bu gün İran və İtaliya yığmaları arasında keçirilir.
21 yaşından aşağı səviyyədə keçirilən voleybol üzrə dünya çempionatı iyulun 18-dən Bəhreynin Manama şəhərində başlanıb və bu gün başa çatacaqdır.
İran ötən 19 dövrdə yalnız bir bürünc medal qazana bilmişdi.