Su istehlakında israfçılığın azaldılması üzrə bir aparat ixtira olunub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i345438-su_istehlakında_israfçılığın_azaldılması_üzrə_bir_aparat_ixtira_olunub
Gənc iranlı tədqiqatçılar su istehlakında qənaətə kömək üçün "İsti suyun təkrar dövriyyəsi" adlı bir aparat ixtira ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2019 16:01 Asia/Baku
  • Su istehlakında israfçılığın azaldılması üzrə bir aparat ixtira olunub
    Su istehlakında israfçılığın azaldılması üzrə bir aparat ixtira olunub

Gənc iranlı tədqiqatçılar su istehlakında qənaətə kömək üçün "İsti suyun təkrar dövriyyəsi" adlı bir aparat ixtira ediblər.

İstehsalçı qrupun tədqiqatçılarından olan xanım Haşemi deyib: Bəzi şəxslər ya adətə, ya da ki, ehtiyaca görə, əl-üzlərini və qab-qacağı yumaq üçün mütləq şəkildə isti sudan istifadə edirlər. Kranın açılmasından suyun qızmasınadək olan müddətdə soyuq suyun bir hissəsi hədər gedir.

O, əlavə edib: Hesablamalara əsasən, bu adət səbəb olur ki, hər şəxs bu yolla ayda orta hesabla 500 litr suyu israf edir.

Gənc kermanlı tədqiqatçı cənab Dəryabeyginin ixtira etdiyi aparatın iş prinsipi bu suyun hədər getməsinin qarşısını almaqdır. Proqnoz edilir ki, bu aparatdan istifadə ilə hər il adambaşına təqribən altı min litr suyun hədər getməsinin qarşısı alınacaq.