Firuzkuhda qızıl əkini
-
Firuzkuhda qızıl əkini
Barice dəyərli dərman bitkiləri sırasında durur. Onun iqtisadiyyatda önəmli rolu var. Bu gün Furuzkuhda bu məhsulun əkininin artması bu rayon iqtisadiyyatı üçün yeni töhfələr müjdələyir.
Barice ölkənin ən dəyərli dərman bitkilərindən biri olaraq sadəcə dənizdən 2 min metr hündürlükdə olan dağlıq ərazilərində yetişir.
M. Bu bitkinin çoxlu müalicəvi xasiyyətləri var . O sıradan, Bronxial astma, Xroniki öskürək, sinir xəstəlikləri və mədə problemlərinin müalicəsində istifadə olunur.
Baricenin şirəsi dərman xasiyyətindən əlavə ətr və digər kosmetik məhsullarda istifadə edilir.
M.Barice bitkisi otlaqlarda bitən nadir bitkilərdən olduğuna görə, onun istismarı üçün də təbii qaynaqlar idarəsinin lissenziyasına ehtiyac var və lissenziyasız istismar edilərsə bu qaçaqmalçılıq deməkdir və cinayət əməli sayılır.
Firuzkuh 233 hektar təbii otlaqlara malik olaraq Barice bitkisinin yetişdiyi ən önəmli ərazilər hesab olunur.
M. 3 ay müddətində davam edən bu bitkinin yığımı müddətində 90 nəfər işlə məşğul olur. Baricenin şirəsi Avropa ölkələrinə, xüsusən də Fransaya ixrac edilir. Ötən il Firuzkuh rayonunun otlaqlarında 12 tona yaxın Barice bitkisi istehsal olundu və bu miqdarda məhsulun dəyəri 12 milyard tüməndən ibarətdir.
P. Bu bitkinin yığımı yayın axırınadək davam edəcək və cari il rayonda 10 tona qədər Baricenin yığılacaqı gözlənilir.